“Azadlıq”ın əməkdaşı təqib olunur

“Azadlıq” qəzetinin əməkdaşı Günel Hacıbəyli təqib olunur. O, uzun illərdir qəzetdə çalışır və korrupsiya ilə bağlı “Azadlıq”da dərc olunan bir çox imzasız araşdırmaların müəllifidir. Hazırda Vyanada turistik səfərdədir. Səfərə gedəndən sonra onun evinə və iş yerinə mülki geyimlilər gələrək onu soruşublar. Bundan başqa, bizdə məlumat var ki, bir qrup şəxsin siyahısı tutulub, o adamlar ki, onların ölkədən çıxması yasaq edilib. Günel Hacıbəyli də həmin siyahıdadır. O ölkəyə qayıdacağı təqdirdə ya ölkədən çıxacağına yasaq qoyulacaq, ya da həbs olunacaq.