Azərbaycan Respublikasının ancaq məmur və deputatlarının prezidenti İlham Əliyevə…
Ağdam rayonundan məcburi köçkün, Ismayıllıda yeni salınmış qəsəbədə məskunlaşan Səhrad Əliyev redaksiyamıza dövlət başçısı Ilham Əliyevə ünvanladığı növbəti məktubunu göndərib.
“Azadlıq olmayan ölkənin ”Azadlıq” qəzeti vasitəsilə bir daha müraciət edirəm. Dəfələrlə sizə müraciət etməyimə baxmayaraq, heç bir nəticə vermir, icra başçıları və onların müavinləri bu zavallı köçkünlərin taleyi ilə maraqlanmırlar. Görəsən onlar kimə və nəyə arxayındılar?.. Bu Gül və Tort bayramına milyonlarla pul xərcləndiyi halda biz yaşamaq üçün ölüm-dirim savaşı aparır, çarpışırıq.
Milli Məclisin deputatı olan şair qəlbli nəğməkar Novruz Aslan Ismayıllının heç bir işinə yaramadığı halda heç olmasa “lazım gələrsə”ni tezləşdirmək üçün bir şeir yazıb mahnı bəstələsin. Bəlkə, beləliklə, “Lazımın” bizə rəhmi gəlsin və Mirdamət və Rövşən Ağayevi bir daha görməyək, yalnız kabus kimi xatırlayaq.
Azərbaycan mücahidləri bütün dünyada Lazımın axtarışına çıxıblar, hələ ki tapılmır. Deyirəm, “Qaçqınkom”un sədri Əli Həsənov öz maliyyə imkanlarından və səlahiyyətlərindən yararlanaraq bir milyondan çox qaçqın və köçkünləri səfərbər edərək özü başda olmaqla Lazımın axtarışına çıxaq.
Bəlkə, bu daha səmərəli olar.
Ilham müəllim, xahiş edirəm “Azadlıq” qəzetinin bağlanmasına imkan verməyəsiniz, axı biz sizin istəyinizə dəstək olaraq Lazımın axtarışına çıxmışıq. “Azadlıq” qəzeti vasitəsilə…
Ismayıllı 45-dəki yeni qəsəbədə məskunlaşan Ağdam rayonundan məcburən köçkün salınmış…
Səhrad Əli oğlu Əliyev Məktublar şöbəsi


