Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Anna Brassör mayın 22-də Azərbaycana səfər edəcək. Bu barədə AŞPA-nın mətbuat katibliyindən məlumat verilib.
Səfərdə məqsəd mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir. AŞPA sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub.
O, mayın 22-də Azərbaycan prezidenti, baş naziri, xarici işlər naziri və Milli Məclisin sədri ilə görüşəcək.
Xanım Brassör mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək (apa).
AŞPA sədri Azərbaycana gəlir
•


