Şimal bölgəsində əməliyyat nəyə hesablanıb?
Azərbaycanın Rusiya ilə sərhədində genişmiqyaslı əməliyyatlar keçirilir. APA-nın məlumatına görə, əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.
Əməliyyatın məxfi və Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparıldığını deyilir. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.
Bu, əməliyyatla bağlı rəsmi məlumatdır. Lakin bəzi məlumatlara görə, iki ölkənin birgə həyata keçirdiyi əməliyyatın məhz indiyə təsadüf etməsinin arxasında müəyyən məqsədlər dayanır.
Belə ki, Ukraynada məlum hadisələr başlayanda Azərbaycanın da Rusiyanın hədəfinə çevriləcəyini ehtiyalı yüksək idi. Təhlükənin isə üç istiqamətdən – Dağlıq Qarabağ, Xəzər dənizi və Şimal rayonlarından gələcəyi gözlənilirdi. Cəbhə bölgəsində ardıcıl atəşkəsin pozulması müəyyən təlaş yaratsa da, bu istiqamətdə təhlükənin gələcəyi barədə söhbətlər artıq səngiyib. Xəzərdə dənizində Rusiya müəyyən qədər fəallaşsa da, bu da ciddi təhlükə kimi qəbul olunmadı. Qalır üçüncü istiqamət – şimal rayonlarından gələ biləcək təhlükə. Bu istiqamətə isə son vaxtlar diqqət bir qədər də artır. Təsadüfi deyil ki, aprelin əvvəlində Şimalı Qafqazda kifayət qədər nüfuza malik olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Azərbaycanla sərhəd rayonlarına, daha sonra isə Rusiyanın Azərbaycanla sərhəd rayonlarına səfərə getdi. Təxminən eyni vaxtda Rusiyanın daxili işlər naziri Qubaya səfər etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycanın şimal rayonları ilə yanaşı Rusiyanın sərhəd regionlarında da vəhabiliklə bağlı ciddi problem yaşanır və bu məsələdə hər iki ölkədə narahatçılıqlar var.
Görünür sərhəddə birgə əməliyyat rəsmi Bakı ilə Moskvanın ümumi təhlükədən qorunmaq, eyni zamanda Azərbaycanın Rusiya təhlükəsini azaltmaq məqsədi daşıyır. Böyük ehtimalla hədəf hər iki ölkə üçün təhlükə yaradan vəhabi təriqətinə mənsub şəxslər olacaq.
Xatırladaq ki, apreldə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru da Bakıya gəldi.
Vəhabi təriqətinin qidalandığı ölkənin xüsusi xidmət orqanının bir qolu olan sərhəd xidmətinin rəhbərinin səfəri zamanı məhz bu təqiqətdən olanların üzləşə biləcəyi təhlükə də müzakirə olunduğu istisna edilmir. Görünür Səudiyyə Ərəbistanının narahatçılığı üçün müəyyən əsaslar da olub.
Rusiya ilə birgə əməliyyat də bunu deməyə əsas verir.
Fizzə


