Krımın daha 2 dərsi

1-ci dərs: Ordu nəyə lazımdır?

Ukrayna dövləti Krımın işğalına qarşı döyüşmədi. Heç bir müqavimət göstərmədi. Bir dövlət kimi öz vəzifələrini yerinə yetirmədi. Əfqanstanla SSRI-nin hərbi güclərini, canlı qüvvə və iqtisadi vəziyyətlərini müqayisə edəndə Ukraynanın yeni rəhbərliyinin arqumentləri heç bir tənqidə dözmür. Xüsusilə də, nəzərə alanda ki, 1979-cu ildən fərqli olaraq Əfqanıstanla müqayisədə bütün dünya indi Rusiyanın əleyhinədir.

Onda sual yaranır: ordu saxlamaq, səhiyyənin, maarifin və sair sahələrin inkişafından kəsib generalları yemləməyə nə ehtiyac var? Indiki mənada müdafiə sistemi və müdafiə sənayesi lazımdırmı? Düşmən güclü olduğu üçün müqavimət sərgiləməyəcəksənsə, düşmən zəif olmasına baxmayaraq da, beynəlxalq qanunlara görə hücum etməli olmayacaqsa, onda ordu saxlamaq, milyardlarla sərvəti heç nəyə yaramayan bir quruma axıtmağa dəyərmi? Ukrayna xalqı bu suala cavab tələb etməlidir?

Həm də Azərbaycanlılar bu barədə düşünməlidir. Torpağımız erməni işğalında qalacaqsa, “ermənini rus müdafiə edir” bəhanəsi ilə torpaqlarımızı işğaldan azad etməyə, qız-gəlinlərimizi erməni əsirliyindən xilas etməyə, Xocalı, Şuşa, Qaracalar ləkəsini yumağa cəhd etməyəcəyiksə, onda milyonlarla pul bu orduya niyə axıdılır? Səfər Əbiyevin milyonlarla dəyəri olan villalarının tikintisi üçünmü?

Bu mənada dünyanın idarə edilməsinə yenidən baxılmalıdır. Ya bu dünya daha güclülər arasında birdəfəlik bölünməli, bir çox dövlətlər ləğv edilməli, xalqların suverenliyi əllərindən alınmalı, onlar güclülərin tərkibinə və himayəsinə verilməlidir. Ya da 2, maksimum 3 güc mərkəzindən başqa qalan bütün dövlətlərin ordu saxlaması, silahlanması qadağan edilməli, dünyanın idarə edilməsi bu 2-3 güc mərkəzi tərəfindən müəyyənləşdirilməlidir. Bu məqsədlə BMT-nin və sair beynəlxalq təşkilatların tərkibinə, quruluşuna, idarə edilməsinə yenidən baxılmalıdır.

Krım hadisələri və Qarabağın 25 illik işğalı sübut edir ki, “özünü zəif hesab edən dövətlər”in ordu saxlamağı səmərəsizdir və bütövlükdə dünyaya yükdür. Bu tip ölkələrin ordularına xərclənən vəsait dünyanın başqa bölgələrində aclıq və xəstəlikdən əziyyət çəkən insanlara yardıma, ekoloji problemlərin həllinə və ən azı öz vətəndaşlarının adam kimi yaşamalarına yönəldilə bilər. Ukraynada və Azərbaycanda ordu saxlamaq kimə və nəyə lazımdır? Onsuz da ordu adı altında milyardların mənimsənilməsi, oğurlanması bütün dünyaya bəlli bir faktdır. Bu tip ölkələr himayəsində olduğu güc mərkəzinə hərbi xərclər üçün müəyyən ödəmələr etməklə kifayətlənsələr, indikindən daha az xərcləri çıxar.

Iraq, Liviya, Suriya, Misir ordularına çəkilən xərclərin hesabına dünyada nələr etmək olardı? Bu orduların saxlanmasında məqsəd nə idi? Məsələn, Iraq ordusu öz vəzifələrini yerinə yetirdimi? Yox. Deməli ona xərclənən milyardlar əsassız olub. Liviya ordusu da həmçinin. Misir ordusu bu gün orduya aid olan vəzifələri yox, daxili işlər orqanlarının vəzifələrini icra etməklə-öz xalqını qırmaqla məşğuldur. Suriya ordusu da həmçinin. Onda bu orduları saxlamağa ehtiyac varmı?

Mənim bu fikirlərim çoxlarında təəccüb yarada bilər və yaradacaqdır. Onda bu suala cavab verin: “düşmən güclüdür”-deyə, döyüşməyəcək bir ordunu saxlamaqda məqsəd nədir?

Ukrayna dövlətinin Krımın işğalına sərgilədiyi münasibətin birinci dərsi budur. Bu dərs öyrənilməlidir. Belə çıxır ki, bunun məhz belə olduğu artıq göz qabağındadır, silah istehsalı, silah satışı və bütün dövlətlərdə, lazım gəldi-gəlmədi, ordu saxlanması yalnız silah istehsalçılarına-silah ticarətinə xeyir gətirmək üçündür, millətlərə və zəif dövlətlərə bunun heç bir faydası yoxdur.

Azərbaycan milyardlarla pul ödəyib Rusiyadan hərbi texnika alıb. Nə məqsədlə? Ukrayna da belə etmişdi. Həmin Rusiyaya qarşı öz torpaqlarını, suverenliyini qorumayacaqsansa, bu silahları alıb Rusiyanın xəzinəsini niyə doldururdun? Buna bir cavab tapılmalıdır, ya yox?

Azərbaycana ordu nəyə lazımdır? Qonşu Iranın, Türkiyənin və Rusiyanın orduları bizimkindən qat-qat güclüdür. Ermənistan və Gürcüstanın orduları isə bizimkindən zəifdir (bəlkədə). Birincilərə qarşı müqavimət göstərməyəcəyiksə, ikincilərə qarşı isə beynəlxalq hüquqdan doğan öhdəliklərimizin gərəyi ilə, hücum etməyəcəyiksə, onda bu ordu dərhal buraxılmalı, dibsiz vedrə kimi oraya milyonlarla vəsait axıdılmamalıdır. O vəsaitin bir hissəsini “himayəçi güc mərkəzi”nə, qalanını isə səhiyyəyə, maarifə və s. sahələrə yönəltməliyik. 

Bu barədə bütün dünya düşünməlidir. BMT səviyyəsində qərarlar qəbul olunmalıdır. Ancaq 1994-cü ildə atom silahından imtina qarşılığında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə “təminat verən” Ingiltərə və ABŞ-ın hərəkətləri (hərəkətsizlikləri) göstərdi ki, bu elə də sadə məsələ deyil və “zəif dövlətlər”, “kiçik millətlər” ehtiyatlı olmalıdır.

Ancaq bir dərs artıq bəllidir: istifadə edilməyəcək silaha pul vermək israfçılıqdır, yəni günahdır.

Qarabağı “LAZIM” gəlib xilas edəcəksə, silaha nə ehtiyac var?

2-ci dərs: ruslarla qonşu olmaq, həmvətən olmaq təhlükəlidirmi?

Vaxtilə A.Hitler də başqa ölkələrdə yaşayan almanların hüquqlarını qorumaq bəhanəsi ilə təcavüzə başlamışdı. Dünyanı qan gölünə çevirdi. Bəzi millətlər başqa millətlərin hesabına dövlət qurmağa, varlanmağa, istilalar hesabına yaşamağa meyillidirlər. Roma imperiyası dünyanın dörd bir yanına qoşunlarını göndərirdi. Ancaq xərac almaq, idarə etməklə kifayətlənirdi. Dövlətini o ərazilərin hesabına böyütmürdü. Dövlətin özəyi olduğu kimi qalırdı. Tabe olan, müqavimət göstərməyən xalqları məhv etmir, asimiliyasiyaya uğratmırdılar.

Osmanlı imperiyası da həmçinin. 600 illik imperiya tarixində Anadolunun əhalisi də, ərazisi də eyni ilə qaldı, fəth etdiyi xalqların milli tərkibini dəyişdirmədi, onları vahid “türk xalqı” adı altında yox etməyə çalışmadı və məhz türk olduğuna görə hansısa qrupu müdafiə etmək məqsədi ilə heç bir dövlətə hücum etmədi, oranı işğal etmədi. 

Hər iki imperiya öz qaydalarını və maraqlarını həyata keçirmək üçün başqa dövlətləri və xalqları özünə tabe etdi. Ancaq Osmanlı imperiyası heç vaxt o torpaqların, məsələn, Macarıstan və ya Bolqarıstanın türk xalqının torpaqları olduğunu iddia etmədi, onların dilini, dinini, adət-ənənlərini dəyişməyə cəhd etmədi. O xalqları böyük həcmdə köçə məcbur etməklə, ana vətənlərini əllərindən almadı. 

Alman, rus və ermənilər isə fərqlidir. Alman xalqı müdrik xalqdır. A.Hitlerin səhvini, tarixin dərslərini düzgün dəyərləndirib qonşuları və bütün dünya ilə dərhal yeni münasibətlər qurdular, II dünya müharibəsində alman ordusundan ziyan çəkən milyonlarla insana kompensasiya ödədilər və bir millət olaraq özlərini dəyişməyə güc tapdılar. 

Ukrayna və Krım hadisəsi göstərdi ki, ərazisində rus millətindən olan insanların yaşaması həmin dövlətlər üçün potensial təhlükədir. Krımda rusların yaşaması Ukraynaya baha başa gəldi. Belə çıxır ki, xeyirxahlıq, yaxşılıq və tolerantlıq (Azərbaycan hakimiyyətinin sevdiyi ifadə!!!) bu faciəyə səbəb oldu. Çörək verən əl dibindən kəsildi. Bu isə qorxulu və ziyanlı dərsdir.

Ilk növbədə başqa ölkələrdə yaşayan rus millətindən olan insanların gələcəyi, həyatları, canları və malları təhlükəyə atıldı. Məsələn, bu bəhanə ilə Rusiya istənilən vaxt Qazaxıstana qoşun yeridəcək. Orada yüz minlərlə rus-slavyan yaşayır. Bakının mərkəzində yaşayan “32 rus”a görə də Rusiya qoşunları Azərbaycana girə bilər. Bu, beynəlxalq hüquq bir yana, sadəcə sağlam məntiqə və insanlığa ziddir. Dünyanı növbəti böyük qan gölünə sürükləmək, sərhədlərin yenidən müəyyənləşdirməsindən doğan böyük müharibələrə yol açmaqdır. Deməli, Rusiyanın təcavüzünə məruz qalmamaq üçün bütün dövlətlər öz ərazilərində yaşayan rusları qovmalıdırlar. Bu isə müasir dünya üçün ən böyük ləkə, vəhşilik olardı. Ancaq özünüqoruma instinkti baş qaldıranda millətləri bu addımdan qorumaq çətin olacaq. Bunun məsuliyyəti isə Rusiyanın, indiki Putin komandasının üzərinə düşür. Başqa dövlətlərlə, xüsusilə, qonşularla bu dildə danışmaq rus milləti (!!!) üçün yaxşı heç nə vəd etmir.

Yəhudilər dünyanın bir çox ölkəsinə sahibdirlər. Israil indi durub onlara hücum etməlidir ki, niyə hansısa həhudinin hüququ pozulur? Bunun üçün beynəlxalq hüquq və sivil qaydalar mövcuddur.

Ermənilərin Qarabağda, Gürcüstanın Cavaxetiya bölgəsində yaşamaları Ermənistan üçün eyni addımların atılmasına əsas olur. Ermənilər, ərazisində yaşadıqları bütün dövlətlərdə məhz milli zəmində problemlər yaradır, terror aksiyaları həyata keçirirlər. Ona görə də heç bir millət erməniləri öz içində görmək, qonşuluq etmək istəmir. Əvvəla, ermənilərin 1914-1915-ci illərdə, ərazisində rahatca yaşadığı Türk dövlətlərinə arxadan zərbə vurmaq, xaincəsinə xəyanət etməsini, ikincisi də, Qarabağla bağlı törətdikləri cinayətləri bütün millətlər yaxşı bilirlər. 

Bəzi dövlətlərin, məsələn, Fransa, Rusiya, Suriya, Iran kimi, öz ərazilərində məhdud sayda ermənilərin mövcudluğuna  dözmələri onların lazım gələndə siyasi məqsədlərlə istifadə edilməsi üçündür. Yoxsa erməni xisləti birgə, dinc yaşamağa imkan vermir. Bu isə həm Rus dövlət başçılarının, həm də bir millət kimi ermənilərin faciəsidir. 

Ermənilər başqa millətlərin, məsələn, biz türklərin də onlar kimi düşündüyünü zənn edərək, 1987-1989-cu illərdə Ermənistanda olan 1 milyon türkə qarşı genosid həyata keçirərək onları öz ata-baba torpaqlarını tərk etməyə zorladılar. Terrorla, qətllərlə, yanğınlarla iqtisadi və sosial dözümsüzlük mühiti yaratmaqla.

Tarix göz qabağındadır. Iraqda türkmənlərin, Suriyada türklərin, Krımda tatarların, Ermənistanda türklərin hüquqları pozulanda, həyatları təhlükə qarşısında qalanda, Türkiyə, gücü və imkanı olsa da, oralara təcavüz etmir, yalnız beynəlxalq hüquq vasitələrindən istifadə edir. Çünki mədəni, sivil, hüquqi bir dövlət olaraq beynəlxalq hüquq və dünya xalqlarının müəyyənləşdirdiyi oyun qaydalarına uymaq zorunda olduğunu dərk edir və özünü belə aparır.

Rus dövləti və ermənilər isə tam fərqli mövqe sərgiləyirlər. Ukraynanın Krıma münasibətində bu özünü bir daha göstərdi. Krım hadisələrindən bütün dünya dövlətlərinin və xalqlarının çıxarmalı olduqları nəticə və öyrənmələri gərəkən dərs budur: rus və erməni ilə bir dövlətdə yaşamaq mümkündürmü? Belə hallarda mümkün təhlükələri necə önləməli?

Vaxtilə Mao deyirdi: “Harada çinli varsa, ora Çindir”. Təsəvvür edin ki, birdən indiki 1 milyard 400 milyonluq Çin dövləti bu sərsəm ideyanı həyata keçirməyə başlayır. Dünyada nə baş verər? Putin və komandası, bir millət kimi, bu xeyirxah, ruhən həlim olan rusları dünya xalqlarından təcrid etmək siyasətinə son qoymalıdır.