Pişik uşağı itin ağzından belə aldı VİDEO

ABŞ-ın Koliforniya ştatında qeyri-adi hadisə baş verib. Belə ki, qadın sakinlərdən biri həyətində gülləri sulayarkən təxminən 3-4 yaşlarında olan uşağı velosipedlə yaxınlıqda gəzməyə başlayır. Bu zaman qonşunun iti kiçik uşağı görür və xəlvətcə, həyətdəki maşının ətrafına dolanaraq, arxadan ona hücum edir. İt uşağın ayağından tutub sürüməyə başlayır ki, evin pişiyi sürətlə itin üstünə şığıyır. Pişik özünü itə çırpır və it uşağı buraxıb qaçmağa məcbur olur. Pişik onu bir az da təqib edərək, təhlükənin tam sovuşduğunu hiss edəndən sonra geri dönür.
Yaralı uşaq dərhal xəstəxanaya aparılır.
Baş verənləri küçədəki müşahidə kamerası qeydə alıb.