Luqansk separatçılarının mədəniyyətsiz “mədəniyyət naziri” FOTO

Ukrayna mətbuatı qondarma “Luqansk Xalq Respublikası”nın yeni təyin olunan “mədəniyyət naziri” İrina Filatovanı gülüş və tənqid obyektinə çeviriblər. Siyasilər bildiriblər ki, belə qondarma respublikanın yalnız belə “mədəniyyətli” naziri ola bilər.
Qeyd edək ki, Ukraynadan ayrıldığını və birtərəfli qaydada müstəqilliyini bəyan edən qondarma “Luqansk Xalq Respublikası” yeni hökumət formalaşdırıb.  
“Kabinet” üzvlərinin arasında ən diqqət çəkən şəxs “mədəniyyət naziri” İrina Filatovadır. Yol qırağında, ictimai yerlərdə və mərkəzi küçələrdə çılpaq şəkillər çəkdirmək həvəskarı olan “nazir”in yaradıcılıq işlərinə, kurioz və çılpaq (sadəcə biabırçılıq) təsvirlərinə onun “Vkontakte” səhifəsində asanlıqla rast gəlmək mümkündür.
Onun ən sevimli pozalarından biri isə əlində şampan və pivə butulkaları ilə çılpaq şəkil çəkdirməkdir.  
Bu şəkillər Ukrayna cəmiyyətinin tənqidinə və təpkisinə səbəb olub (axar.az).