Azərbaycan Ordusunun hərbçisi dünyasını dəyişib. APA xəbər verir ki, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb. Hospitalda müalicə alan, Müdafiə Nazirliyinin hərbi orkestr xidmətinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1965-ci il təvəllüdlü Etibar Abdulkərim oğlu Əliyev xəstəlikdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


