Ukraynanın yeni prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Bu ilin payızında Ukraynanın yeni prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Bunu Ukraynanın Azərbaycandakı səfirinin müavini Rüstəm Rüstəmov keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, səfər zamanı Ukrayna-Azərbaycan Prezident Şurasının 5-ci iclasının keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl isə Kiyevdə hökumətlərarası komissiyanın yığıncağı keçirilməlidir. R. Rüstəmov ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın davam etdiyini söyləyib: “Ötən il ticarət dövriyyəsinin həcmi 992 milyon dollara çatıb”. Diplomat Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə bir daha təşəkkür edib. (APA)