“Eurovision-2014” mahnı müsabiqəsinin qalibi bəlli olub. Səsvermə nəticəsində Avstriya ifaçısı Konçita Vurst (Conchita Wurst) qalib olub. O, 290 xalq toplayıb . İkinci yeri 238 xalla Hollandiya təmsilçisi İlse Delange tutub. İsveç təmsilçisi Sanna Nielsen isə 218 xalla üçüncü olub.
Azərbaycanı uğursuz nəticə əldə edərək 22-ci sırada qərarlaşıb.
Azərbaycan 8 xalını Macarıstana, 10 xalını Ukraynaya, 12 xalını isə Rusiyaya verib.
Azərbaycana səs verən ölkələr arasında bunlar olub:
San Marino – 12 xal
Rusiya- 10 xal
Gürcüstan – 7 xal
Belarus- 3 xal
Ukrayna – 1 xal