Ollandın səfəri ərəfəsində fransız mətbuatı da hakimiyyəti topa tutdu
Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri ərəfəsində Fransa mətbuatı diqqəti Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusa qarşı təqiblərə yönəldib. “O, ”Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun Ermənistanın xeyrinə casusluqda ittiham olunması işi çərçivəsində istintaqa cəlb edilib”.
Son məqalə mayın 6-da Le Huffington post-da dərc edilib. Nəşr “Le Monde” media qrupuna daxildir.
“Azərbaycan: demokrat ovu sərtləşdirildikcə sülh uzaqlaşır” adlı məqalədə jurnalist, Avropa Parlamentindəki Yaşıllar fraksiyasının üzvü Can Lyuk Bennaxmias Azərbaycandakı rejimin xarakterik cizğilərini Leyla Yunusun işi prizmasından verməyə çalışıb.
“2013-cü ildə Fəxri legion ordeni ilə təltif edilmiş tanınmış hüquq müdafiəçisi Leyla Yunus aprelin 28-də Bakıdan Parisə uçmaq imkanlarından kobud şəkildə məhrum edilib. O və həyat yoldaşı Arif Brüsseldə təşkil edilən Avropa komissiyasının konfransına dəvət olunublar. Sonrakı saatlarda L. və A. Yunuslar prokurorluq və polis tərəfindən mənəvi-psixoloci təzyiqlərə, təhqirlərə məruz qalıblar ki, bu da A.Yunusun xəstəxanaya düşməsinə səbəb olub”.
Jurnalist bu vəziyyəti əcinnə ovu kimi xarakterizə edir. “Leyla və Arif vətəndaş hüquqlarının müdafiəçisidir, prezident Əliyevin döyüşkən siyasətinə qarşı çıxaraq Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında açıq dialoqa çağırış edirlər. Saxlanmazdan üç gün əvvəl Leyla Yunus və onun erməni həmkarı Laura Bağdasaryan ”Uşaqlarımız naminə sülh uğrunda birlikdə” adlı müraciət imzalayıb. Onun həyat yoldaşı Arifə gəlincə, o, tanınmış politoloqdur, bir neçə kitabın, yüzlərlə məqalənin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında məqalələrin müəllifidir. On ildən çoxdur ki, Ermənistanda konfranslarda iştirak edir”.
Məqalə müəllifi 2011-ci ildə Sülh və Demokratiya Institutunun ofisinin qanunsuz sökülməsinə də toxunur. Fransalı curnalist qeyd edir ki, bunlar Bakının repressiv siyasətinin yeganə simvolları deyil. “Ermənilərə qarşı nifrətin təbliğ edildiyi ölkədə ermənilərlə yaxınlaşmağa çağırış edənlər cəzalandırılır, Ermənistanda tənqidi debatlarda çıxış edən Rauf Mirqədirovla olduğu kimi.
Öz opponentlərini xəyanətdə ittiham etmək onları gözdən salmaq üçün yeganə üsul deyil”, deyə Bennaxmias yazır. Məqalədə vurğulanır ki, 2012-ci ilin martında “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşı Xədicə Ismayılova kobud təzyiqlərə məruz qalıb: “Senzura indeksi, Maddə 19 və ya Avropada sabitlik təşəbbüsləri (ESI) kimi təşkilatların hesabatlarında Azərbaycandakı avtoritar klan rejimi kəskin tənqid olunur. Azərbaycanda yaranmış vəziyyətdə rejimin hərəkətlərini ört-basdır edən, neft dollarları ilə ələ alınmış avropalı siyasətçilər, ”kürü diplomatiyası” qalmaqalının personacları günahkardır, müəllif hesab edir”.
“Biz həmçinin 2013-cü ildə Bakı ictimai və siyasi xadimlər Anar Məmmədlini və Ilqar Məmmədovu həbs edəndə Avropa Şurasının sərt mövqe tutmamasına təəssüf edirik. Mayın əvvəlində Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədr olacaq. ”Belə şəraitdə bu, məqbuldurmu”, – məqalə müəllifi sual edir.
Can Lyuk Bennaxmias belə nəticəyə gəlir ki, opponentlərin təqib olunması regional sülhə və sabitliyə təhlükə törədir, sülh uğrunda çıxış edən cəsarətli fəalların həbsinə şərait yaradır.
(“Turan”)


