Rusiya Litva ilə razılaşmanı pozur və Xəzərdə hərbi manevrləri artırır
Vəfa Quluzadə: «Qərb hələ imkanlarını ortalığa qoymayıb»
Rusiya Fedrasiyası “Etibarın artırılması haqqında” Litva ilə 2001-ci ildə bağladığı qanun layihəsini birtərəfli qaydada ləğv edib. Moskva artıq sözügedən qanun layihəsinə əməl etməyəcəyini rəsmi Vilnüsün diqqətinə çatdırıb. Bu vaxta qədər qanunun tələblərindən irəli gələn şərtlərdə Litva Kalininqrad vilayətində mənzillənən rus hərbi bölmələrinin sayını inspeksiya edə bilirdi. Məsələyə reaksiya verən ABŞ hərbçiləri bunu Rusiyanın Sakit Okean regionunda gücünü artırmaq istəyi ilə əlaqələndiriblər.
Bu arada Rusiyanın Xəzər donanmasının başlanan qəfil hərbi manevrləri davam edir.
Təlimlərin bir hissəsi Azərbaycanın dəniz sərhədi yaxınlığında – Mahaçqala atəş sahəsində keçirilir.
Bütün bunlar ilk növbədə Rusiyanın Qərbə əzələ nümayişidir. Lakiqt ekspertlər Moskvanın bu addımlarının cavabsız qalmayacağını deyir.
Politoloq Vəfa Quluzadə Amerika Avropadakı hərbi mövcudluğunu, əsgəri gücünü və texnikasını artıracağını deyir. Putin də ona cavab olaraq Xəzərdə manevrdə edir, Litva ilə müqavilənin ləğv edir: «Litva kalininqradda yerləşdirilmiş rus əsgərinin sayına nəzarət edə bilərdi. İndi onu edə bilməyəcək. Bu böyük şey deyil. Amma hər nədirsə, bu da qarşıdurmanı artıran bir addımdır. Bu da o deməkdir ki, Qərb orda öz mövcudluğunu artıracaq, Rusiya da ona cavab olaraq müxtəlif əlindən gələni etmək fikrindədir. Ona görə bu ümumi vəziyyət, gərginlik artacaq».
Ekspertin sözlərinə görə, artıq Qərblə, ABŞ-la Rusiya arasında müharibəyə start verilib. Bu nüvə müharibəsi olmayacaq. Bu, soyuq, iqtisadi müharibə olacaq. Bunun nəticələrini də bəşəriyyət görəcək: «Sovet ittifaqı çökdü. İndi Putin nəyə güvənir. Nüvə silahınamı. Bu günlərdə Rasmussen çox sərt bəyanat verdi ki, Rusiya görəsən bizim hərbi baxımdan ona nə edə biləcəyimizi təsəvvür edirmi. NATO-nun, ABŞ-ın hərbi baxımdan Rusiyadan üstünlüyü məlumdur. Ancaq Rusiyanın hədələri ondan əvvəl gəlmişdi. «Rossiya» kanalında Kiselyov demişdi ki, Rusiya Amerikanı külə döndərə bilər».
Ekspertin fikrincə, artıq Qərb toparlanır. Rusiyadan qaz-neft asılılığını aradan qaldırmaq üçün layihələr olacaq. Yəni bu müharibə Rusiyanın çöküşünə qədər çəkməlidir: «Qərb gərək Rusiyanı iqtisadi baxımdan indiki vəziyyətdən qat-qat pis vəziyyətə salsın. Bu da Rusiyada hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Müxtəlif neqativ proseslərə start verə bilər. Çünki elə bildilər ki, Krımla rus əhalisinin gözünə kül üfürə biləcəklər. Amma rus əhalisinin vəziyyəti pis idi. Krımdan sonra daha da pisləşəcək. Qiymətlər artıb, inflyasiya güclənib, artıq gediş haqları bahalaşır. Ərzağın qiyməti artırılır. Bunların hamısı adi camaata dəyən zərbə olacaq. Məsuliyyət də Putinin və onun iqtidarının üzərində olacaq».
Ekspert Rusiyanın addımlarının əzələ oynatması olduğunu deyir. Amma Qərbin əzələləri hələ oynamayıb: «Rusiya artıq Ukraynada əzələ oynadıb. Litvada müqaviləni ləğv etməsi boş şeydir, amma bu da Qərbə dirsək göstərməkdir. Xəzərdə donanmasının hazırlıqları da dirsək göstərmək kimi bir şeydir. Ona görə bu Rusiyanın əleyhinə böyük müharibənin başlanqıcıdır. Ancaq Qərb hələ imkanlarını ortalığa qoymayıb. Ona görə nəticələri görəcəyik».
Fizzə


