Tağı Əhmədova həbs təhlükəsi

 Metropolitendəki yoxlamalarda ciddi maxinasiyalar üzə çıxıb

Bakı Metropolitenində aparılan yoxlamalar zamanı ciddi qanunsuzluqlar aşkarlanıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, xüsusilə metrodakı ticarət və reklamdan gələn gəlirlərin araşdırılması zamanı keçmiş rəis Tağı Əhmədovun maxinasiyalara yol verdiyi üzə çıxıb.

Beləliklə də Tağı Əhmədovun məsuliyyətə cəlb olunması üçün ciddi əsaslar yaranıb. Lakin keçmiş rəisin həbs olunub-olunmayacağı barədə qərar yoxlamalar başa çatandan sonra veriləcək.

Məlumatda o da deyilir ki, metropolitendə əsasən Tağı Əhmədovun qohumları və yaxın adamları çalışır. Yoxlamalarla paralel onların işdən çıxarılması prosesi də gedir. Tağı Əhmədovun yaxın qohumu olan rəisi müavini Arif Rəsulov işdən çıxarılıb. 

azadliq.info