Polşa hökumətinin başçısı Donald Tusk etiraf edib ki, Ukraynadakı situasiyanın nizamlanması ilə bağlı Qərb ölkələrinin diplomatik səylərin nəticə verməyib.
«Bu müharibədir. Bəlkə bir qədər fərqlidir, çünki elan olunmamış müharibədir. Ancaq əslində de-fakto müharibədir», – Slavyansk və Odessadakı hadisələri şərh edən Tusk bildirib.
Tusk qeyd edib ki, diplomatik səylər Rusiyann Ukraynaya qarşı aqressiyasının qarşısını almaq üçün nəticə vermədi. «Qurbanların sayı artıqca, vertolyotlar vurulduqca, silahlar daha çox istifadə olunduqca məlum olur ki, söhbət nümayişçilərin təşkil etdiyi silahlı toqquşmadan deyil, dövlətdən, indiki halda Rusiyadan gedir», – deyə Tusk bildirib.
azadlıq.info


