
Dnepropetrovsk vilayət administrasiyası rəhbərinin müavini Boris Filatov yeni təkliflə çıxış edib və Putinin fiziki məhvinə, yaxud Rusiya prezidentliyi postundan getməsinin təşkilinə görə 100 mln dollar təklif edib.
Bir qədər əvvəl də iş adamı İqor Kolomoyskinin rəhbərliyi altında Dnepropetrovsk vilayət rəhbərliyi qardaş qırğınına son qoyulması və silahların təhvil verilməsi üçün 200 min dollara qədər mükafat vəd etmişdi. “Biz başa düşürük ki, Ukrayna və Rusiyaa arasında aqressiyanın yaranmasının, onlarla, yüzlərlə insanın ölümünün səbəbkarı tamamilə qeyridekvt dvranış nümayiş etdirən Putindir. O öz ölkəsinə də böyük ziyan vurur. Onun davranışları ağla sığmır. Problemin yeganə həlli isə onun hakimiyyətdən uzaqlaşdırılmasıdır. Bunun hansı yolla edilməsinin fərqi yoxdur. Əsas odur ki, özündən çıxmış bu qanlı şıxsi dayandırmaqdır. Bununla Ukraynanı və Rusiyanı xilas etmək olar. Biz Putinin fiziki məhvinə görə 100 mln dollar ödəməyə hazırıq”, – deyə müraciətdə bildirilir.
azadliq.info


