NATO Rusiyanı düşmən elan edir

“NATO Rusiyanı tərəfdaş ölkədən daha çox, rəqib ölkə kimi görməyə məcburdur”. Təşkilatın baş katibinin müavini Aleksandr Verşbou bu fikirdədir. “Açıq görünür ki, Rusiya NATO-nu özünə rəqib elan edib.  Ona görə biz də artıq Rusiyanı tərəfdaş ölkə kimi yox, rəqib dövlət kimi nəzərdən keçirməyə başlamalıyıq. Bizim Rusiya ilə Avropanın təhlükəsizliyinə baxış bucaqlarımız fərqlidir”, deyə ABŞ-da səfərdə olan A.Verşbou bəyan edib.  O, qeyd edib ki, alyans “Rusiya ilə sərhəddə yerləşən ölkələrin suverenliyini və azad seçim hüququnu qorumaq niyyətindəsir”. A.Verşbou Rusiyanı “öz vətəndaşlarını qorumaq” adı altında digər dövlətlərin suverenliyini pozmaqda ittiham edib. A.Verşbou vurğulayıb ki, yaranmış situasiyanı nəzərə alaraq NATO Şərqi Avropada əlavə qüvvələr yerləşdirmək niyyətindədir.

azadliq.info