Azərbaycaın seçimi necə olacaq…

Türkiyə, İran yoxsa İsrail?

 

Razi Nurullayev: «Azərbaycanda nurçuların qorunması istiqamətində İsrail müəyyən addımlar ata bilər»

İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana bu dəfəki səfəri əvvəlkilərdən bir qədər fərqlənir. Səfəri fərqli edən onun təsadüf etdiyi vaxtdır. Belə ki, Libermanın Bakıya gəlişindən bir qədər əvvəl ölkə başçısı İlham Əliyev İrana getdi və bu ölkədə bir sıra mesajlar aldı. İran rəhbərliyi iki ölkə arasında normal münasibətlərin qurulması üçün rəsmi Bakıda İsraillə əlaqələri kəsməyi tələb edir. Bu isə İsrailin neftə olan təlabatının 40 faizini ödəyən, bu ölkədə külli miqdarda silah alan Azərbaycanın maraqlarına cavab vermir. Eyni zamanda İranla münasibətlərin gərgin qalması rəsmi Bakı üçün problemlər yaradır. 

İsrail mətbuatı da XİN başçısının səfəri zamanı əsas müzakirə mövzusunun iran olduğunu yazır. 

Libermanın səfəri eyni zamanda Türkiyə baş naziri Ərdoğanın səfərindən sonraya təsadüf edib. 

Bəzi ehtimallara görə, Libermanın Ərdoğanın Əliyevə təqdim etdiyi nurçu siyahısında yer alan şəxslərin hər hansı problemlə üzləşməməsini istəyəcək. Bu isə rəsmi Bakının Türkiyə hökuməti qarşısında çətin duruma sala bilər. 

Bu halda hakimiyyət tərəflərdən biri ilə yenidən problemə yaşamamaq üçün yaranmış vəziyyətdə necə çıxacaq?

Politoloq Razi Nurullayev İran-Azərbaycan münasibətlərindəki gərginliyin İsraili qane etdiyini deyir. Lakin indi cənub qonşu ilə münasibətlərin yeni mərhələyə daxil olması Tel-Əvivi narahat edir. Libermanın səfəri zamanı İran məsələsinin əsas müzakirə mövzusu olması da bunu göstərir. 

Ekspertin fikrincə, hakimiyyəi İranla münasibtlərin yaxşılığa doğru dəyişməsinin İsrailə təhlükə yaratmayacağına Libermanı əmin edəcək. Rəsmi Bakı özü də bunda maraqlı olmaz. Çünki Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə müdafiə olunmasında, insan hüquqları və demokratiya sahəsində tənqidlərin kəsərinin azaldılmasında İsrailin ciddi təsirləri var. Bu baxımdan Azərbaycan-İran münasibətlərinin yaxşılaşdırılması İsraillə əlaqələrin kəskinləşməsinə gətirib çıxarmayacaq. 

Ekspert Ərdoğanın səfəri zamanı təqdim olunan nurçu siyahısının da İsrailin diqqətində olduğunu deyir. Lakin İsrail XİN başçısının Azərbaycan-Türkiyə münasibətlərini açıq şəkildə müzakirə edəcəyi gözlənilən deyil. Baxmayaraq ki, Türkiyədə siyasi stabillik, Ərdoğanın daha çox hakimiyyətdə qalması İsraili narahat edən məsələdir. İsrail anlayır ki, Azərbaycan Türkiyənin əleyhinə addım ata bilməz. Ancaq hər bir halda Azərbaycanda nurçuların qorunması istiqamətində İsrail müəyyən addımlar ata bilər. 

Fizzə