Merkel Putini hədələdi

Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra Merkel mətbuata açıqlamasında bu haqda bildirib

Obamanın ardından Almaniya kansleri Angela Merkel Ukraynadakı hadisələrlə bağlı Rusiyanı yeni sanksiyalarla hədələyib. 

Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra Merkel mətbuata açıqlamasında bu haqda bildirib. 

“Ukraynada mayın 25-ə təyin edilmiş prezident seçkilərinin vaxtında baş tutması vacibdir. Ölkənin gələcəyi ilə bağlı məsələni məhz Ukrayna xalqı azad və ədalətli seçkilərlə həll edə bilər”, – deyə kansler bildirib. 

Onun sözlərinə görə, Rusiya ilə danışıqlar nəticə verməsə, “o zaman yeni sanksiyalara getməkdən başqa çarə qalmayacaq”.