Çempionlar Liqasının ikinci finalçısının da adı məlum oldu. İkinci oyun günündə Londonun “Çelsi” klubu öz meydanında Madridin “Atletiko” klubunu qəbul edirdi. Birinci oyun qolsuz bərabərliklə başa çatmışdı. Təkrar oyunda “Atletiko” rəqib meydanında 3-1 hesablı qələbə qazanıb. Mayın 24-də Lissabonun “Eştadiu du Benfika” stadionunda keçiriləcək finalda Madridin iki klubu “Real” və “Atletiko” qarşılaşacaq.
azadlıq.info