Elxan Şahinoğlu: «Ruhaninin Bakı səfəri keyfiyyət etibarilə heç nəyi dəyişməyəcək»
Iran prezidenti Həsən Ruhani Azərbaycana gəlir. Bunu Iranın “Mehr” agentliyinə müsahibəsində Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov deyib. Diplomat səfərin konkret tarixi barədə bir söz deməyib. O, səfərin yaxın gələcəkdə baş tutması üçün işlərin görüldüyünü bildirib. Iran mətbuatının məlumatına görə, səfir bildirib ki, səfər prezident Ilham Əliyevin dəvəti əsasında baş tutacaq: “Azərbaycan prezidenti Irana rəsmi səfəri zamanı iranlı həmkarı Həsən Ruhanini ölkəsinə səfərə dəvət edib”.
Qeyd edək ki, Azərbaycan prezidenti ÿIlham Əliyevÿ aprelin 9-da Iranda bir günlük səfərdə olmuşdu.
Ilham Əliyevin Iran səfərindən az müddət keçmiş, Ruhaninin Azərbaycana səfər etməsi maraqlı görünür. Biz ötən yazılarımızda Iran-Azərbaycan münasibətlərinin istiləşməsinə dair addımların atıldığını və bunun Ukraynada baş verənlərdən sonra zəruri olduğunu bildirmişdik. Yəni Rusiyanın Ukraynaya qarşı sərgilədiyi mövqedən Azərbaycanın sığortalanması üçün qonşularla isti münasibətlərə ehtiyac var. Ancaq Ilham Əliyevin Iran səfərindən sonra Xamneyinin açıqlamasından o da göründü ki, tərəflər arasında razılaşdırılmamış xeyli məsələlər var. Əsəsən də Azərbaycan-Israil münasibətləri Iranla tam yaxınlaşmaya əngəl olan amillərdən biridi. Bəzi eksperlət hesab edir ki, Ruhaninin səfəri razılaşdırılmamış məqamların yenidən müzakirəyə çıxarılıması ilə bağlıdır. Digər tərəfdən, yaxın günlərdə Israilin xarici işlər naziri Libermanın Azərbaycana səfəri gözlənilir. Ola bilər ki, bu səfərin nəticələri də Iran üçün maraqlıdır və Bakı səfərinin bu ərəfəyə salınması təsadüf deyil.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Ruhaninin Bakı səfəri keyfiyyət etibarilə heç nəyi dəyişməyəcək: “Ilham Əliyevin Iran səfərinən sonra Ruhaninin Azərbaycana səfəri qarşılıqlı jestin göstəricisidir. Görünür, hər iki tərəf münasibətlərin yumşalmasında maraqlıdır. Ancaq Iran tərəf yenə də şərtlərlə danışır və Izraillə münasibətlərin kəsilməsini istəyir. Ancaq Iranda prezident dəyişsə də, Ermənistana qarşı siyasət dəyişmədi. Digər tərəfdən, Israillə iqtisadi, hərbi əməkdaşlıq Iranla əməkdaşlıqdan daha xeyirlidir. Mən Ruhaninin Bakı səfərindən keyfiyyətcə yeni dəyişikliklər gözləmirəm. Liberman isə, konkret təkliflərlə gələcək”.
Akif


