Rusiya prezidenti «Ukrayna siyasəti»lə varidatını itirə bilər
“Rusiya Cenevrə sazişinə uyğun olaraq Ukrayna böhranının həlli üçün əlini də tərpətməyib”. Bu bəyanatla ABŞ prezidenti Barak Obama aprelin 27-də Malayziyada çıxış edib. Obamanın fikrincə, Rusiyanı başa salmaq lazımdır ki, Ukrayna hadisələrinə görə beynəlxalq birliyin təcridi ilə üzləşib.
ABŞ prezidenti şərqi Ukraynada silahlı separatçıların hərəkətlərini işarə vuraraq, “Rusiya kömək üçün əlini də tərpətməyib. Əksinə, onların indi baş verən hadisələri qızışdırdığına dairə təkzibolunmaz faktlar var” deyib.
Obama əlavə edib ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar məsələsində birgə hərəkət etməlidir.
ABŞ prezidenti etiraf edib ki, Rusiyanın Cenevrə sazişinə əməl edəcəyinə əvvəldən inanmayıb.
Makkeyn Obamanın Rusiya siyasətini sərt tənqid etdi
Senator Con Makkeyn də Ukraynadakı son durumla bağlı bəyanatla çıxış edib. O, bildirib ki, dövlət katibi Kerrini Rusiyanın Ukrayna ilə bağlı üzərinə götürdüyü son öhdəlikləri yerinə yetirmədiyini açıq formada dediyinə, bəzi həqiqəti danışdığına görə alqışlamaq lazımdır: “Problem ondadır ki, Kerrinin bəyanatları və hədələri Putinin davranışını dəyişməyə qadir olan administrasiya tərəfindən dəstəklənmir. Bu çox uğursuz sxemdir. Bu istər Ukrayna, Suriya, Asiya və ya başqa yerlər olsun. Adeministrasiya çox danışır, amma əməldə az iş görür. Ukrayna isə bunu ABŞ-ın zəif mövqeyi kimi qəbul edir və buna görə hesab ödəyir. Nəticədə Putin situsiyada diqqtə edərək, yeni aqressiyalar barədə düşünür. Bütün bunların məntiqi sonu kimi hazırda Ukraynanın şərqində vəziyyət heç zaman olmadığı kimi kritikdir və konfiliktə çox yaxındır. Boş hədələr susqunluqdan da faciəvidir”.
Con Makkeynin fikrincə, hazırda qətiyyətli addımlar atmağın zamanı gəlib. ABŞ Putinin xarici siyasətdə əsas silahı olan Rusiyanın iri banklarına, enerci kompaniyalarına və iqtisadiyyatın silah sənayesinə qarşı sanksiyalar tətbiq etməlidir.
ABŞ Putinin pullarının sayını və yerini bilir
Artıq bazar ertəsi ABŞ prezidenti Barak Obamanın administrasiyası Rusiyaya qarşı yeni sanksiyaları elan edə bilər. Bu barədə isə “The New York Times” nəşrində Piter Beyker yazıb.
O qeyd edib ki, sanksiyalar Putinin şəxsi maliyyə vəsaitlərinə qarşı yönəlib.
“Obama administrasiyası siqnal göndərir ki, Rusiya liderinin pullarını harda gizlətdiyini bilir və o sanksiyaların təsiri altına düşə bilər”, – deyə müəllif yazır.
Beykeri fikrincə, sanksiyalar Rosneft rəhbəri Iqor Seçinə və Qazprom rəhbəri Aleksey Millerə də aid edilə bilər.
“Obama administrasiyasında bəzi adamlar Putinin var-dövləti ilə bağlı ABŞ tərəfindən məlumatların açıqlanmasının tərəfdarı kimi çıxış edirdilər ki, rusiyalılar onun əsl simasını görsün. Ancaq bu təklif Ağ Evdə müqavimətlə üzləşirdi”, – deyə Beyker yazır.
Müəllif qeyd edir ki, Konqresdə bəzi qanunvericilər AB hökumətini Putinin maliyyə vəsaitlərinin təxmini həcmini açıqlamağa məcbur edəcək qanunun qəbulu ilə bağlı danışıqlar aparır.
Rusiyanın Ukraynadakı baş diversantı üzə çıxdı
Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat Idarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən Iqor Strelkov ilk dəfə üzə çıxıb və özünü komandan elan edib.
Virtualaz.org-un məlumatına görə, Rusiya xüsusi xidmət orqanlarına bağlı LifeNews internet telekanalı Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində mətbuat konfransı keçirən Strelkovun görüntülərini yayıb.
Reportajda bildirilir ki, qondarma “Donetsk Xalq Respublikası”nın müvəqqəti “hökumətinin” rəhbəri Denis Puşilin özünümüdafiə qüvvələrinin komandanının bundan sonra Iqor Strelkov olduğunu və Ukraynanın cənub-şərqində qurulmuş blok-postların ona tabe olduğunu açıqlayıb. Bu zaman I.Strelkovun hansı ölkə vətəndaşı olduğu və əvvəl nə işlə məşğul olduğu açıqlanmayıb.
Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik Xidməti Strelkovun yüksək rütbəli QRU zabiti olduğunu müəyyən edib və onun Moskva ilə telefon danışıqlarını qeydə alıb. Telefon danışıqlarından məlum olur ki, Strelkov bundan əvvəl Krımda QRU- nun diversiya əməliyyatlarına rəhbərlik edib, daha sonra Ukraynanın şərqinə göndərilib. Hazırda o, Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Slavyanskda keçirdiyi mətbuat konfransında Strelkov qısa yazılı bəyanat oxuyub.
Daha sonra o, “Komsomolskaya Pravda” qəzetinə videomüsahibə verərək deyib ki, onun tabeçiliyində olan qüvvələr Ukrayna hərbçilərinə və onların blok postlarına atəş açmaq əmri alıb. QRU zabiti deyib ki, əgər özünümüdafiə qüvvələrinin mövqelərinə hücumlar dayandırılmasa onlar Ukrayna hərbçilərini öldürməyə hazırdır. “Biz başa düşürük ki, əgər biz onları öldürməyə başlasaq, hansı ki, bizim belə imkanımız var, biz öz qardaşlarımızı öldürmüş olacağıq. Bunu bizim düşmənlərimiz başa düşür və istifadə etməyə çalışır, çağırışçı əsgərləri üstümüzə göndərir. ”Sağ sektor”un və Milli Qvardiyanın üzvləri isə onların arxasında gizlənir. Belə vəziyyət yaranıb ki, biz ekstremistlərə və muzdlulara atəş açmalı olsaq istər-istməz Ukrayna ordusunun əsgərlərini də vurmuş olacağıq”, – deyə Strelkov bildirib.
Strelkov onun dəstəsinin üzvlərinin yaxşı döyüş təcrübəsinə malik olduqlarını, Rusiya və Ukrayna ordusunun sıralarında xidmət keçdiyini deyib. Bildirib ki, Çeçenistanda, Orta Asiyada, keçmiş Yuqoslaviyada, Iraqda döyüşən çoxlu adamlar onlara qoşulub. QRU zabiti sərəncamlarında kifayət qədər silah-sursat olduğunu da deyib. Bildirib ki, bu silahlar milis bölmələrindən və Ukrayna ordusunun hərbi hissələrindən ələ keçirilib. Strelkov “əhalinin 80 faizdən çoxunun Rusiyaya birləşmək istədiyini” də deyib.
LifeNews kanalının yaydığı digər xəbərə görə, Donetskin “özünümüdafiə qüvvələri” Ukrayna Təhlükəsizlik Xidmətinin üç yüksək rütbəli zabitini ələ keçiriblər. Kanal əsir götürülən hərbçilərin görüntülərini də yayıb.
Kadrlardan görünür ki, onların şalvarları soyundurulub və ikisinin gözləri bağlıdır. Bildirilir ki, əsir götürülənlər podpolkovnik, mayor və kapitan rütbəlidir. Onların Qorlovka şəhərinə daxil olaraq yerli milis idarəsinə nəzarət edən separatçı Iqor Bezleri tutmaq əmri aldıqları açıqlanıb. Iqor Strelkov Ukrayna təhlükəsizlik Xidmətinin zabitlərinin ancaq bir şərtlə azad oluna biləcəyini deyib: onların “oğurlanan” əməkdaşları və yoldaşları buraxılsın. Əsirlərin “Alfa” xüsusi təyinatlı dəstəsinin üzvləri olduqları bildirilir
ATƏT-in əsir götürülən ekspertlərindən biri buraxılıb.
Bu arada Donetsk vilayətinin Slavyansk şəhərində separatçılar mətbuat konfransı keçiriblər. Onlar mətbuat konfransına girov götürdükləri beynəlxalq hərbi müşahidəçiləri də gətiriblər. ATƏT-i təmsil edən hərbi müşahidə missiyasının rəhbəri, Almaniyadan olan Aksel Şnayder bildirib ki, artıq bir neçə gündür, girov götürülüblər. Şnayder deyib ki, onları əvvəlcə heç bir şəraiti olmayan zirzəmidə saxlanılıblar. Idi saxlanıldıqları yer isə nisbətən yaxşı şəraitdədir. Şnayder özlərini hərbi əsir saymadıqlarını, Slavyansk şəhər rəhbərliyinin qonağı olduqlarını deyib.
ATƏT müşahidəçilərilə birlikdə girov götürülmüş ukraynalı zabitlərin taleyindən isə heç bir xəbər yoxdur.
Slavyansk şəhərini ələ keçirmiş terrorçular ATƏT-in 7, Ukrayna ordusunun 5 nümayəndəsini girov götürüblər. Terrorçular onları həbs olunmuş dostları ilə dəyişməyi təklif edirlər.
Assosiated Press xəbər verir ki, səir götürülən ATƏT ekspertlərindən biri buraxılıb. Agentliyin fotoqrafı ekspertlərdən birinin ATƏT missiyasının təmsilçisi ilə maşına minərək ərazidən uzaqlaşdığını görüb.
Separatçılar aprelin 27-də Donetsk televiziyasının binasına da ələ keçiriblər. Onlar binanın üstündə “Donetsk Xalq Respublikası”nın bayrağını qaldırıblar. Onlar hərəkərlərini efir vaxtı istəmələri ilə əsaslandırıblar. Bir müddətdən sonra isə separatçılar binanın üstündən asdlqları bayrağı da götürüb, gediblər.