Elçin Xəlilov həbs edildi

Müdafiə Nazirliyinin elmi tədqiqat mərkəzinin sabiq rəhbəri, seysmoloq Elçin Xəlilov həbs edilib. Hərbi mənbələrdən aldığımız məlumata görə, onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatı dəqiqləşdirmək üçün Hərbi Prokurorluğa müraciət etdik. Hərbi Prokurorluqdan məlıumatı təsdiqlədilər. Bildirdilər ki, Hərbi Prokurorluğun apardığı yoxlama nəticəsində Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 308.2. və 341.1. maddələri ilə cinayət işi başlanıb.İstintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talamışdır. Elçin Xəlilovun qanunazidd əməlləri sübuta yetirildiyindən o, Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 25.04.2014-cü il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.