Ceyhun Osmanlıya isə qadağa qoyulduğu xəbəri yayıldı
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda “Irəli” Ictimai Birliyinə qadağa qoyulub. Bu barədə axar.az-a Irəli Ictimai Birliyindəki mənbələrdən məlumat verilib. Məlumatda deyilir ki, “Irəli”yə qadağa qoyulmasının səbəbi Gənclər Fondu tərəfindən təşkilata ayrılan qrantların hesabatlarının vaxtı-vaxtında və dəqiq verilməməsidir.
Qeyd olunur ki, birliyin hesabatları əslində həmişə bu vəziyyətdə olub və təşkilatın qara siyahıya salınması başqa məsələlərlə bağlıdır: “Irəli” əvvəlki illərdə layihələri necə icra edirdisə, xərclənən vəsaitlərin hesabatını necə verirdisə, indi də elə edir. Bu proses ona görə indi baş verir ki, Gənclər Fondu “Irəli” ilə birgə fırıldaqlarda adının hallanmasından narahatdır. Təşkilatın lideri olan millət vəkili Ceyhun Osmanlının və “Irəli”nin sədri Rauf Mərdiyevin Fond rəhbəri Fərhad Hacıyevlə yaxın olması onlara indiyə qədər “hesabat” məsələsində kömək edib. Indi isə vəziyyət gərgindir. Ceyhun Osmanlının Gülən hərəkatıyla ilişgili olması ilə bağlı iddialar durmadan artmaqdadır və üstəlik Fərhad Hacıyevin də adının gülənçi kimi hallanmasına görə Fond rəhbəri “Irəli” və Ceyhun Osmanlı ilə yaxınlığına son vermək, adını qorumaq niyyətindədir”.
Mənbənin dediyinə görə, “Irəli” təşkilatının qara siyahıya salınması və bundan sonra təşkilatın heç bir layihəsinin maliyyələşdirilməməsi ilə bağlı Fərhad Hacıyev artıq göstəriş verib. “Irəli” Ictimai Birliyinin sədri Rauf Mərdiyev məsələyə münasibət bildirib. O, publika.az-a açıqlamasında yazılanların doğru olmadığını iddia edib: “Orada yazılır ki, guya bu barədə göstərişi Fərhad Hacıyev verib. Əslində, Gənclər Fondunda layihələr Müşahidə Şurası tərəfindən seçilir. Ona görə də, bu məlumatların heç bir əsası yoxdur. Biz indiyədək Gənclər Fondu ilə ən yüksək səviyyədə əməkdaşlıq etmişik. Əməkdaşlığımız indi də davam edir. Biz də hamı kimi bu il fonda layihələr təqdim etmişik. Ancaq hələlik heç kimə cavab gəlməyib. Fondun cavablarını gözləyirik”.
Rauf Mərdiyev adlarının “nurçuluq”da hallanması məsələsinə də cavab verib: “Nurçuluq məsələsini çox şişirdiblər. Artıq ölkədə nurçuluqda ittiham olunmayan adam qalmayıb. Indi kimin kimdən xoşu gəlmirsə, ona nurçu deyir. Ümumiyyətlə, bu məsələlərin bizim işimizə heç bir təsiri yoxdur. Biz yenə də əvvəlki işimizi görürük və Azərbaycanda gənclər siyasətinin icra olunmasına töhfə veririk”. Rauf Mərdiyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovla münasibətlərinə də toxunub: “Biz əvvəlki işimizi davam etdiririk. Ancaq indi daha Elnur Aslanovla əməkdaşlıq etmirik”. Qeyd edək ki, Ceyhun Osmanlı “Irəli” Ictimai Birliyinin təsisçilərindən biridir.
Adı nurçularla əlaqədə hallanan “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nun (ASAIF) sədri Ramin Hakimov isə hərbi xidmətə yollanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilat sədri tvitter hesabında yazıb: “Üzvlükdən koordinatorluğa, idarə heyyətindən sədrliyə və nəhayət, tutduğum vəzifədən mənim üçün şərəf olan əsgərliyə yollanıram. Bugündən etibarən səlahiyyətlərimi baş katiblik icra edəcək. Bundan sonrakı beynəlxalq forumda iştirakçı kimi iştirak edə bilməsəm, indidən bütün forum iştirakçılarına uğurlar diləyirəm”. Qeyd edək ki, Ramin Hakimovun 31 mart – 1 aprel-də Almaniyanın paytaxtı Berlin şəhərində “Yeni Yanaşmalar və Yeni Imkanlar” mövzusunda keçirəcəyi forumu təxirə salınmışdı. Onun bağlı bağlı sosial şəbəkələrdə paylaşılan video və oradakı geyim tərzi etirazla qarşılanmışdı.


