Brayza Putini “vurdu”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiyaya qarşı daha sərt sanksiyaların qəbulu vacib hesab edib. “İrana qarşı qəbul olunan sanksiyalar tipli addımlar atılmalıdır. “Qunvor”, “Qazprom”, “Rosneft”i, Seçini, Putini vurmaq lazımdır”, – deyə Brayza bildirib.   

Metyu Brayza Ukraynadakı hadisələrlə 2008-ci ildə Gürcüstanda baş verənlərlə paralellər aparıb. Diplomat hesab edir ki, Qərb tərəfdən ciddi cavabın olmaması Putini yeni aqressiyaya həvəsləndirdi. 

azadliq.info