Ötən gün AXCP Sumqayıt şöbəsinin və partiya Ali Məclisinin üzvü Elçin Həsənov Sumqayıt rayon polis idarəsinə aparılıb. Sonradan Elcin Həsənov Sumqayıt şəhər məhkəməsinə gətirilib və “polisə müqavimət” ittihamı ilə 100 manat cərimə olunub. Lakin Elçin Həsənovu iclas zalından azad etmək əvəzinə təkrar 1- ci bölməyə qaytarıblar və pisixoloji təzyiq göstəriblər.
Elçin Həsənov “Azadlıq”a bildirib ki, saxlanması “facebook” səhifəsində tənqidi statuslar yazması ilə bağlıdır. O həmçinin əlavə edib ki, Sumqayıt polis idarəsinin 2 yüksək rütbəli əməkdaşı ona hədə-qorxu gəlib.
O bu gün də polisə çağırıldğını bildirib.