Bir neçə gün öncə AXCP Gənclər Komitəsinin başlatdığı, ictimaiyyət tərəfindən böyük dəstək görən “Azad et” kampaniyası davam edir. Kampaniya çərçivəsində tədbir keçirilib. Kampaniya təşkilatçıları bildirirlər ki, kampaniyanın məqsədi Azərbaycandakı vicdan məhbuslarını beynəlxalq ictimaiyyətə və Azərbaycan xalqına tanıtmaq, məhbusların tezliklə azadlığına nail olmaq və həbsdə olduqları müddətdə işgəncə və repressiyalara məruz qalmaqlarını önləməkdir.
Azad et “haştag”ı ilə yazılan statuslar, paylaşılan fotolar artıq bütün sosial şəbəkələrdə yayılıb. Hətta bu kampaniya beynəlxlaq mediada da işıqlandırılıb. Belə ki, Katy Pearce adlı, sosial media eksperti #azadet “haştag”ı ilə yazılanları izləyib və bu haqda geniş məlumat topladıqdan sonra “nodexlgraphgallery” saytında böyük bir sxemlə virtual aksiya barədə məlumatlar yazıb. Ekspert qeyd edib ki, 3 gün ərzində azərbaycanlı 264 “Twitter” istifadəçisi #azadet “haştagı” ilə “tweet” yazıb. O, aksiyanı çox uğurlu bir kampaniya kimi qiymətləndirib.
Bəyim