Zərdüşt Əlizadədən ittiham, Arif Əliyevdən cavab
Politoloq Zərdüşt Əlizadə modern.az-a müsahibəsində iddia edib ki, Əbülfəz Elçibəy prezident olan zaman onun bəyanatlarını Türkiyənin və ABŞ-ın kəşfiyyat zabitləri yazıb.
“Sovet zamanında birinci katibləri Moskva təyin edirdi. Daha sonra Moskvanın iradəsi ilə Azərbaycanda dövlət çevrilişi oldu və Əbülfəz Elçibəy hakimiyyətə gətirildi. Elçibəyin bəyanatlarını Türkiyənin və ABŞ-ın kəşfiyyat zabitləri yazırdı. Sonra İran, Türkiyə, Rusiyanın birgə səyləri ilə Heydər Əliyev hakimiyyətə gəldi. Hansı müstəqillikdən söhbət gedə bilər?! Azərbaycana yalnız böyük dövlətlər nəzarət edir”, – deyə Z.Əlizadə bildirib.
Məsələyə münasibət bildirmək üçün Əbülfəz Elçibəyin mətbuat xidmətinin rəhbəri olmuş Arif Əliyevlə əlaqə saxladıq.
“Mən özüm bu sahədə çalışmışam. Bir müddət mətbuat xidmətinin rəhbəri olmuşam və məndən əvvəl Nəcəf Nəcəfov olub. Nə mənim, nə də Nəcəf Nəcəfovun bu xidmətlərlə əlaqəsi olub. Çox ehtiyatsız və köhnəlmiş bir fikirdir”, – deyə Arif Əliyev cavab verib.
azadliq.info


