İlham Mirzəyev 2 ay müddətinə həbs edildi

Teleaparıcının həbsində «AST Telman» və Abbas Abbasov izi?

Aprelin 12-də Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı, bir gün qabaq polislərin saxladığı İlham Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Bu barədə APA-ya aparıcının vəkili Xanlar Ələkbərzadə məlumat verib. Vəkil bildirib ki, Mirzəyev məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, dələduzluğa yol vermədiyini açıqlayıb.

Vəkilin sözlərinə görə, teleaparıcı deyib ki, başına gələn bu olayda 5 ay əvvəl haqqında şikayət etdiyi və hazırda işinə Yasamal Rayon Məhkəməsində baxılan Asif Əliyev adlı şəxsin yaxınlarından şübhələnir: “İlham Mirzəyev ölümlə hədələndiyi, döyülərək xəsarət aldığı üçün şikayət edib və Yasamal Rayon Məhkəməsində baxılan işlə əlaqədar prokuror bu günlərdə Asif Əliyevin 5 il azadlıqdan məhrum edilməsini istəyib. İlham Mirzəyev bu məsələdə də bilavasitə həmin müdafiə tərəfindən şübhələnir”.

İlham Mirzəyev 2 aylıq həbs-qətimkan tədbiri haqda hökmü eşidəndə özündən gedib. Məhkəməyə təcili tibbi yardım briqadası çağırılıb və teleaparıcaya tibbi yardım göstərilib. O, yardımdan sonra özünə gəlib. 

Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

İlham Mirzəyevi milyarderlərlə nə bağlayır?

Bu arada Ilham Mirzəyevin həbsilə bağlı yeni iddia ortaya çıxıb. Xeyli vaxtdır ki, “Xalq qəzeti”ndə Ilham Mirzəyev barədə məqalələr hazırlayan Ittifaq Mirzəbəyli öz “facebook” səhifəsində teleaparıcının baş nazirin keçmiş birinci müavini Abbas Abbasov və “AST Telman” kimi tanınan iş adamı Telman Ismayılovla əlaqələrindən yazıb: “Ilham Mirzəyevi yerində saxlayan adamlardan biri ötənilki prezident seçkilərindən əvvəl Moskvadan Istanbula gələrək, Azərbaycandakı siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib. Indi həmin məsələnin detalları araşdırılır. Detal isə çox pis şeydir”.

Qeyd edək ki, Ilham Mirzəyevin Antalyada “AST Telman”a məxsus oteldə dincəlməsi, iş adamından qiymətli hədiyyələr alması barədə xəbərlər bir müddət əvvəl də yayılmışdı. O zaman teleaparıcının özü də “AST Telman”ın otelində qaldığını gizlətməmişdi. Bildirmişdi ki, həqiqətən “Mardan Palace”da qalıb, Antalyada həm istirahət edib, həm də müalicə alıb.

Ilham Mirzəyev eyni zamanda, “AST Telman”dan diqqət gördüyünü, iş adamının ona hörmətlə yanaşdığını da vurğulamışdı. “Nə yaxşı ki, bu dünyada yaxşı insanlar var. Telman bəy mənim orada dincəldiyimdən xəbər tutduqda öz diqqət və qayğısını bizdən əsirgəmədi. Otelində qaldığım müddətdə dünyanın dörd tərəfindən orada dincəlməyə gəlmiş azərbaycanlılarla görüşlərim təşkil edildi”, – deyə teleaparıcı bildirmişdi.
Ilham Mirzəyevlə Telman Ismayılovun arasında münasibətləri təsdiqləyən digər fakt isə teleaparıcıya qızıl və gümüşlə işlənmiş əl işi olan Quran kitabı və “Mardan Palace” leybolu qızıl əqrəb bağışlanmasıdır. Hündürlüyü 40 sm, eni 20 sm ölçülü qızıl əqrəbin çəkisi təxminən 500 qramdır:ÿ”Telman Ismayılovÿ mənə belə bir gözəl hədiyyəni etdi. Bu Quranın qiyməti yoxdur. Çünki əl işidir və kitabın öz üzəri əl işi ilə qızıl və gümüşlə işlənib, vərəqləri qızıl suyuna salınıb. Qabı bütünlüklə qızıl və gümüşdən ibarətdir. Xüsusi olaraq hazırlanmış bu müqəddəs kitabın qiyməti yoxdur”.

Rəsmi dövlət qəzetində yuxarıda adları çəkilən şəxslərin əleyhinə gedən yazılar, həmçinin bu mətbu orqanın əməkdaşının Ilham Mirzəyevin həbsindən sonra belə fikirlərin “özfəaliyyət” olmadığı birmənalıdır. Bəs görəsən, bu cür məlumatların yayılmasının arxasında duran məqsəd nədir?

“Facebook” statusundan da görünür ki, dövlət qəzetinin əməkdaşı Ilham Mirzəyevin həbsində onun Abbas Abbasov və “AST Telman”la əlaqələrinin rol oynadığına işarə vurulur.

***

İlham Mirzəyevə cinayət işi açıldı

Tanınmış teleaparıcı Ilham Mirzəyev həbs olunub. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Ilham Mirzəyevi dünən səhər saatlarında Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları evindən aparıb. Xəbəri dəqiqləşdirmək məqsədilə Daxili Işlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxlasaq da, nazirlikdən teleaparıcının həbsindən məlumatsız olduqlarını bildirdilər. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında isə xəbəri təsdiqləyib. Bildirib ki, Ilham Mirzəyev haqqında hüquq-mühavizə orqanlarına çoxsaylı şikyətlər daxil olub: “Ilham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. Ilham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılıb. Hazırda istintaq gedir”.

Yeri gəlmişkən, “Space” telekanalında “Etiraf” verilişinin aparıcısı olan Ilham Mirzəyev eyni zamanda, baxıcılıqla məşğul olurdu. Bundan başqa, teleaparıcıya məxsus “IlhaMed” adlı klinika da var. Hətta həbsdən sonra belə bir xəbər də yayılmışdı ki, Ilham Mirzəyevin saxlanılması klinikanın qanunsuz fəaliyyətilə bağlıdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli “modern.az”a bildirib ki, Ilham Mirzəyevin klinikası lisenziyasız fəaliyyət göstərir. Onun sözlərinə görə, “IlhaMed” klinikasının tibbi yönümlü fəaliyyəti olmadığından, ona Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib: “Həmin klinikadakı qanunsuzluqlarla bağlı Səhiyyə Nazirliyi yoxlama aparmayıb. Çünki bu barədə nazirliyə heç bir siqnal daxil olmayıb. Odur ki, həmin klinikada yoxlamaların aparılacağı ilə bağlı da hələ ki, heç nə məlum deyil. Klinikada tibbi yardım göstərilmir. Orada sadəcə, psixiatrik yardım göstərildiyindən, Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib. Yəni, nazirlik yalnız tibbi fəaliyyəti olan klinikalara lisenziya verə bilər”.

Dünən Ilham Mirzəyevin həbsindən az sonra “publika.az” xəbər yaydı ki, onun klinikası da bağlanıb. Məlumatda bildirilir ki, teleaparıcının həyat yoldaşı, uşaqları və anası da Bakını tərk edib. Onların hazırda Şirvan şəhərində olduğu bildirilir. Klinikaya Ilham Mirzəyevin həyat yoldaşı Ramilə Mirzəyeva rəhbərlik edirmiş.

Bu həbslə bağlı səslənən versiyalardan biri də budur ki, Ilham Mirzəyev baş nazirin keçmiş müavini Abbas Abbasov və “AST Telman” kimi tanınan iş adamı Telman Ismayılovla əlaqələrinə görə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

“Mən İlham Mirzəyevin şər-böhtanına düşmüşəm”

Yeri gəlmişkən, dünən Ilham Mirzəyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həbs olunduğu saatlarda Yasamal rayon məhkəməsində onun tutdurduğu Asif Əliyevin mühakiməsi davam edirdi. Asif Əliyev teleaparıcının dayısı qızının keçmiş həyat yoldaşıdır. Ilham Mirzəyev iddia edir ki, Asif Əliyev “Space” telekanalının binası qarşısında onu döyüb, ölümlə hədələyib. Lakin Asif Əliyev məhkəmədə bəyan edib ki, Ilham Mirzəyev yalan danışır, ona böhtan atır. Hadisənin baş verdiyi iddia olunan vaxtda o, evində olub. Asif Əliyevin bu haqda dediklərini təsdiqləyən sübutlar da ortaya qoyulub. Məsələn, mobil operatorlardan  alınan arayışlar göstərir ki, iş materiallarında hadisənin baş verdiyi göstərilən vaxt heç Ilham Mirzəyevin özü də “Space” telekanalının yaxınlığında olmayıb. Həmin vaxt onun telefonu “8-ci kilometr” qəsəbəsi yaxınlığındakı mobil stansiyaların əhatə dairəsində olub. Asif Əliyevin telefonu isə özünün də dediyi kimi, evinin yerləşdiyi ərazidəki stansiyaların əhatə dairəsində qeydə alınıb.
Artıq bu iş üzrə məhkəmə istintaqı yekunlaşıb. Ortaya qoyulan sübutlara baxmayaraq, prokuror Asif Əliyev üçün 5 il həbs cəzası istəyib.

Dünənki məhkəmə iclasında Asif Əliyevin vəkili Abuzər Mütəllimov müdafiə nitqilə çıxış edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs iyrənc iftiranın və açıq-aşkar yalan iddiaların qurbanıdır: “Lakin təəssüflər olsun ki, ilk növbədə o, ədalətsiz məhkəməyə qədər icraatın və planın qurbanı olub. Asif Əliyev qanunsuz cinayət təqibinə cəlb edilib. Bununla da istintaq ailə-pul münasibətlərinin həlli üzrə oyuna, məhkəmə isə zərərçəkmiş şəxsin istintaq və məhkəmədə davranışını istiqamətləndirən şəxslərin qanunsuz göstərişlərinin yerinə yetirildiyi siyasiləşdirilmiş prosesə çevrilib. Bu zaman bütün yazılı və yazılmamış qanunlar açıq-aşkar pozulub. Insanın həyatı və taleyi şəxsi maraqlar naminə qara qəpik qədər qiymətsiz olub. Məhkəmənin gedişində Asif Əliyev müdafiə hüququndan qəsdən məhrum edilib. Onun hüquq və azadlıqları təmin edilməyib”.

Vəkil bildirib ki, məhkəmənin gedişində bir sıra şahidlərin telefon danışıqları ilə bağlı mobil operatorlara sorğu göndərilsəydi, onların Ilham Mirzəyevin xeyrinə yalan danışdığı sübut olunardı: “Qeyd olunan hal məhkəməyə əmin olmağa imkan verərdi ki, həmin şəxslər yalançı şahidlərdir, 13 iyun 2013-cü il tarixində gecə ”Space” yaxınlığında olmayıblar və hər-hansı hadisənin şahidi olmayıblar, çünki ümumiyyətlə, belə hadisə olmayıb. Lakin müdafiə hüququ pozularaq, bu hissədə bütün vəsatətlər əsassız və səbəbsiz rədd edilib”.

Müdafiəçi onu da qeyd edib ki, məhkəməyə qədər və məhkəmənin gedişində Ilham Mirzəyev 60 dəfəyə yaxın öz ifadələrin dəyişib, on dəfəyə yaxın yaddaş pozğunluğu olduğunu bildirib. Bundan başqa, məhkəmənin gedişində Dövlət Yol Polisinin məlumatları tədqiq edilib: “Məlum olub ki, 13 iyun 2013-cü il tarixində 00:46:51 radələrində Ilham Mirzəyevin 10-EB-400 dövlət nömrə nişanlı ”Toyota Land Cruiser” markalı avtomobili Xarici Işlər Nazirliyinin yaxınlığında Şıxəli Qurbanov-Şamil Əzizbəyov küçələrinin kəsişməsində, 00:51:38 radələrində isə Bülbül prospektində, “Nizami” kinoteatrının qarşısında kameralara düşüb.
Ortaya qoyulan sübutlar Ilham Mirzəyevin ona qarşı hücum olmasına dair fikirlərini tam şəkildə təkzib edir. Eyni zamanda, Asif Əliyevin təqsirsizliyini mübahisəsiz və tam şəkildə təsdiq edir”.

Vəkil əlavə edib ki, dövlət ittihamçısının Asif Əliyev üçün 5 il həbs cəzası istəyəcəyi Ilham Mirzəyevin sözlərindən hələ məhkəmə başlayan vaxtdan məlum idi: “Ilham Mirzəyev bu barədə hətta ”facebook” səhifəsində yazmış və bildirmişdi ki, onun göstərişlərini yerinə yetirməkdən imtina etmiş üç prokuror dəyişib. Dövlət ittihamçısının çıxışının mətni göstərdi ki, Ilham Mirzəyevin fikirləri həqiqətdən uzaq deyil. Bakı şəhər prokurorluğu növbəti dəfə Azərbaycan dövlətçiliyinin əsaslarını, qanunçuluq, ədalət və obyektivlik prinsiplərini ani subyektiv maraq və arzulara qurban verib”.

Vəkil çıxışının sonunda Asif Əliyevin təqsirsiz olduğunu bir daha vurğulayaraq, ona bəraət verilməsini istəyib.
Asif Əliyev özü də məhkəmədə son sözündə deyib ki, Ilham Mirzəyevin şər-böhtanına düşüb. Asif Əliyev hakimdən barəsində ədalətli qərar çıxarılmasını və pozulmuş hüquqlarının bərpa olunmasını istəyib.
Hakim qərar qəbul etmək üçün müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə bəlli deyil.

Aytən Məmmədova