İslamazeri.az-a verilən məlumata görə, Hacı Zülfüqar Mikayılzadə və digər 2 nəfərin saxlanılmasına səbəb kimi yaşayış üçün nəzərdə tutulmuş evin ofis kimi istifadə edilməsi göstərilib. Məlumata görə, qonşular ofisə çox sayda insanın gəlməsindən narazı olub polisə şikayət ediblər. Mənzilin sahibi də bölməyə çağırılıb.
***
Tanınmış ilahiyyatçı Zülfüqar Mikayilzadə səhər saatlarından Yasamal Rayon Polis İdərəsinə çağırılıb. Ruhani ilə birlikdə onun sürücüsü Sərvər və “Lenkeranxeber.com”un jurnalisti Ramik Cəfərzadə də idarədədilər. Sürücüsü bildirib ki, polis bölməsində ilahiyyatçıya qarşı kobud rəftar edilib.
Zülfuqar Mikayilzadənin dostlarının ”Azadlıq”a verdiyi məlkumatda xəbər təsdiqlənib. Onların sözlərinə görə, polis idarəsində dindirməni MTN əməkdaşları aparır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov İslamazeri.az-a bu barədə heç bir məlumata sahib olmadığını bildirib.


