Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib. Ilk oyun günündə “Çelsi” öz meydanında Fransanın PSJ klubunu qəbul edib. İlk görüşdə səfərdə PSJ-yə 1:3 hesabı ilə uduzan Joze Mourinyonun komandası 2-0 hesabı ilə qələbə qazanaraq 1/2 finala vəsiqə qazanıb.
Günün digər qarşılaşması Dortmuntda keçirilib. “Borussiya” klubu Madrid “Real”ı ilə qarşılaşıb. Madrid təmsilçisi ilk görüşdə 3:0 hesabı ilə qələbə qazanmışdı. Təkrar oyunda Almaniya təmsilçisi 2-0 hesabı ilə qalib gəlsə də, bu növbəti mərhələyə çıxmağa yetərli olmadı.
Qeyd edək ki, 1/4 finalın cavab oyunlarına aprelin 9-da keçiriləcək iki oyunla yekun vurulacaq.
azadlıq.info