Səhiyyəyə 6 illik investisiya “Şahdağ”a ayrılandan azdır…

Dövlət büdcəsindən milyardlar necə xərclənib? Iş elə gətirib ki, bizim milli sərvətlərin xərclənməsinə hər yanaşmada yeni bir dəhşət mənzərəsi ortaya çıxır. Deməli, 2007-2013-cü illərdə dövlət büdcəsindən investisiya layihələrinə 32,5 milyard manat xərclənib. Dəyərli soydaşlar, təhsil və səhiyyə sektoruna ayrılan investisiya layihələrinə isə birlikdə bu qədər vəsaitin 1,545 milyard manatı və ya 4,8%-i xərclənib.

Indi kef edin və bilin ki, boğazınızdan kəsdiyiniz pulları Iranın, Türkiyənin, Avropanın və başqa xarici ölkələrin klinikalarına tökməkdə davam edəcək, şəfa ümidi ilə hələ çox yollar ölçəcəksiniz.

Bəlkə çox sadə məsələdir? Büdcədən təkcə “Şahdağ” idman kompleksinə ayrılan investisiya nəinki səhiyyəyə qoyulan 6 illik xərcdən çoxdur, hətta 6 il ərzində (2007-2013-cü illər) təhsilə qoyulan investisiyadan çoxdur.

Tanınmış iqtisadçı və yorulmaz tədqiqatçı Rövşən Ağayevdən götürdüyüm bu rəqəmlər real büdcə xərcləri əsasında hesablanıb və martın 27-də Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin (sədri tanınmış iqtisadçı Azər Mehtiyevdir)  “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” mövzusunda konfransda səsləndirilib. Onların hesabatındakı rəqəmləri sadə cədvələ çevirdik ki, rahatlıqla müqayisə aparasınız. 

 

 

2007-2013-cü illərdə dövlət büdcəsində ayrılan investisiyalar

Milyon manatla

Təhsilə qoyulan investisiyalar 

909,0 

Səhiyyə layihələrinə yönəldilən investisiyalar 

636,0  

“Şahdağ”a qoyulan investisiya

988.2

İdman layihələri üzrə investisiyalar 

794,5 

Mədəniyyət və turizm layihələri üzrə investisiyalar 

1464,2 

Aqrar sektora və melorasiya sisteminə qoyulan investisiyalar

1420.0 

Şəmkir dəryaçası 

500  

“Azəriqaz”a yatırılan investisiyalar 

1100.0 

ARDNŞ və AzAL-a yatırılan investisiyalar 

895.0 

Bakı şəhər İH-nin layihələrinə ayrılan investisiyalar

1465.5

Nəqliyyat layihələrinə yönəldilən investisiyalar

7012.2

Prezident Aparatına ayrılan investisiyalar

700.9

İçməli su sektoruna yatırılan investisiyalar

1972.1

Enerji sektoruna yatırılan investisiyalar

1736.4

Metropolitenə yatırılan investisiyalar

1282.8