Səhhətində problemlər olan AXCP Ali Məclisinin sədri Həsən Kərimov bir müddət Türkiyədə müalicə aldıqdan sonra ölkəyə qayıdıb. Bu barədə “Azadlıq”a Həsən Kərimov özü məlumat verib.
AXCP yetkilisi ürəyindəki problemlərlə əlaqədar Türkiyədə Cərrah Paşa xəstəxanasında müayinədən keçib: “Həkimlər belə qərara gəldilər ki, açıq əməliyyat olunsa, 10 faiz yaşamaq ehtimalı var. Ona görə də qərarı mənim öhdəmə buraxdılar. Mən də açıq əməliyyata razı olmadım. Təyin olunan dərman və müalicə kursu keçdim. Üç aydan sonra yenidən Türkiyəyə gedəcəyəm. Nəticədən asılı olaraq, müalicəmi davam etdirəcəm. Açıq əməliyyat olunması artıq riskli haldır. Həkimlər çalışır ki, ürəyimdə indiki vəziyyəti olduğu kimi saxlasınlar, pisləşməyə imkan verməsinlər”.
Ramin


