İlham Rəhimov Krımda Putinə villa tikdirib

Rusiya prezidenti Vladimir Putinin Krımda öz maraqları var. Belə məlum olub ki, o, Parkovoe qəsəbəsindən bir qədər kənarda iri malikanəyə malikdir. Bu sirli VİP şəhərciyi yerli əhali “Putinin bağ evi” adlandırır.

Məlumatı Ukraynanın tanınmış “TSN” saytı yayıb.

Jurnalist araşdırması nəticəsində məlum olub ki, Simeizom yaxınlığındakı şəhərciyin tikintisini Putinin 3 yaxın dostundan biri olan İlham Rəhimov həyata keçirib. İ.Rəhimov bu bağ evini Putinə hədiyyə kimi nəzərdə tutsa da, sonradan tikilini “Qazprom” alıb. Hazırda burada özəl otel fəaliyyət göstərir. Orada əsasən varlı adamlar gecələyirlər. Otelin “əsas ruslar” gələnə qədər fəaliyyət göstərəcəyi deyilir.

Şəhərcikdə bir-birindən ayrı 5 villa yerləşir. “Putinin bağında” xüsusi düzəldilmiş çimərlik, kiçik buxta və vertolet meydançası var.