Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub. Son oyun günündə Fransanın “PSJ” klubu öz meydanında Londonun “Çelsi” klubunu qəbul edib. Oyun meydan sahiblərinin 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda Madridin “Real” klubu Dortmundun “Borussiya” klubunu qəbul edib. Bu oyunda da meydan sahibləri sevinən tərəf olub. “Real” 3-0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 1/4 finalın təkrar oyunları aprelin 8-də və 9-da keçiriləcək.
azadlıq.info