Türkiyədəki bələdiyyə seçkilərini çox maraqla izləyirəm. Xüsusən ona görə ki, qardaş ölkədə son vaxtlar baş verənlərin xeyli dərəcədə oturuşmuş seçki sistemini zədələyə biləcəyindən narahat idim. Narahatam ki, Türkiyə demokratiyası, ölkənin konstitsion dövlət orqanları bu günlərdə yenidən imtahana çəkilir. Cəmiyyətdə çox ciddi qütbləşmə, hətta qarşıdurma var. Seçkilərin ilkin nəticələri göstərir ki, bu vəziyyət seçkidən sonra da davam edəcək. Lakin məmnunam ki, bütün çətinliklərə baxmayaraq Türkiyə seçki sistemi sınaqdan üzüağ çıxmaqdadır. Seçkinin nəticələrini həqiqətən də xalqın iradəsi müəyyənləşdirir. Türk xalqı isə oyaqdır, ayaqdadır. Taleyini kimsəyə ümid olmaq fikrində deyil.
Türkiyə seçki sistemi sınaqdan üzüağ çıxdı
•


