Azərbaycanda dəhşətli qəza: “Kamaz” “Kamaz”a çırpıldı VİDEO

Sosial şəbəkələrdə Azərbaycanda baş vermiş dəhşətli yol qəzasının videogörüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, hadisə avtomagistral yollardan birində baş verib. Belə ki, sürətlə hərəkət edən “Kamaz” markalı avtomobil yol kənarında dayanan digər “Kamaz” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində yol kənarında dayanan “Kamaz” markalı avtomobil fırlanaraq əks istiqamətə dönüb və yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Zərbənin təsirindən “Kamaz”da olan sərnişin və sürücü avtomobilin qapısından çıxaraq yolun ortasına düşüb. Ətrafdakılar dərhal zərərçəkənlərin köməyinə gəlib.

Təhlükəsizlik kamerasına düşən görüntülərdə sərnişinin yüngül xəsarət aldığı, sürücünün isə vəziyyətinin yaxşı olmadığı görünür.