
Ukraynadakı böhranlı vəziyyətlə əlaqədar NATO Şərqi Avropadakı üzv ölkələrində güclənmək niyyətindədir. Bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen Almaniyanın FOCUS jurnalına müsahibəsində deyib.
“Biz planlarımızı, hərbi manevrlərimizi və müvafiq birliklərin gücləndirilməsini nəzərdən keçiririk. Məsələn, biz Pribaltika ölkələrinə daha çox təyyarə yerləşdirəcəyik”, – deyə Rasmussen qeyd edib.
Bununla belə, NATO-nun baş katibi vurğulayıb ki, Ukrayna ilə bağlı böhranın həlli üçün gələcəkdə də əsas səylər diplomatik istiqamətə yönələcək.


