Anar Məmmədlinin cinayət işi 20 cilddən ibarətdir

Bakı Istintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin cinayət işi 20 cilddən ibarətdir. Bunu vəkil Elçin Sadıqov açıqlayıb. “Media forum” saytına danışan vəkil bildirib ki, martın 28-də cinayət işinin materialları ilə tanışlığa başlayıb: “Bu gün cinayət işinin 5 cildi ilə tanış oldum. Bu iş növbəti günlərdə davam edəcək. Cinayət işinin materiallarının heç birinin surəti bizə verilmədi”.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.