
Krımın Rusiyaya birləşdirilməsi Ukrayna konstitusiyası və beynəlxalq qanunvericiliyin, o cümlədən Rusiyanın da qoşulduğu Budapeşt memorandumuna ziddir. Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brasser bəyanat verib.
“Venesiya Komissiyası Krım referendumunun qanunsuz olduğunu bildirib. AŞPA rəhbərliyinə Rusiya nümayəndə heyətini ya səs hüququndan məhrum etmək, ya da Assambleyadan çıxarmaqla bağlı təkliflər daxil olub. Hələlik bu sanksiyalardan hansının qəbul olunacağını demək çətindir”, – deyə Brasser bildirib.
Brasser Ukraynanın qərb və şərq vilayətlərində olub. Assambleyanın aprel sessiyasının başlıca mövzusu Ukraynadakı vəziyyət olacaq.


