Birləşmiş Ştatlar İsmayıllı hadisələrinə dair məhkəmə prosesindən dərin təəssüf keçirir. Bu barədə martın 27-də ABŞ-ın ATƏT-dəki Missiyasının rəhbəri Daniel Bayer bəyanat yayıb.
“Məhkəmə prosesindən öncə və proses zamanı Birləşmiş Ştatlar Azərbaycan rəsmilərini bütün səviyyələrdə – həmçinin ATƏT-in Daimi Şurasında – təqsirləndirilənlərin açıq və ədalətli məhkəmə prosesini təmin etməyə çağırıb. Azərbaycan hökumətinin ABŞ və beynəlxalq müşahidəçiləri məhkəmə prosesini izləməyə icazə verməsini alqışladıq, ancaq həm ABŞ, həm də digər müşahidəçilər şahid ifadələri və məhkəmə prosesində ciddi pozuntuların şahidi olublar.
Hökumətim Azərbaycan hökumətini çağırır ki, ATƏT-lə işləyərək bu qurum qarşısındakı ifadə, dinc toplaşma və birləşmə azadlıqlarına dair öhdəliklərini yerinə yetirsin. Azərbaycan hökumətini ATƏT-in Layihə Koordinatorunun ölkə ərazisində bütün sahələrdə və cəmiyyətin tam spektri ilə davamlı işini təmin etməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.


