İslam Kərimov Putinə qarşı

 Özbəkistan Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edərək, Moskvanı Kiyevlə ikitərəfli danışıqlar aparmağa çağırıb.

 Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, Ukrayna və rus xalqları mənəvi və mədəni dəyərləri, iqtisadi əlaqələri nəzərə alaraq Krımdakı vəziyyətlə bağlı razılığa gəlmək üçün ikitərəfli danışıqlar aparmalıdırlar.