ABŞ prezidenti Barak Obama Avropanın ehtiyacı olduğu qədər Amerika təbii qazının ixracına icazə verməyə hazır olduğunu bəyan edib. Reuters-in məlumata görə Obama belə bir açıqlamanı Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
“Biz Avropanın gündəlik istifadə elədiyi qazın həcmində qaz verməyə hazırıq”, – deyə Obama bildirib. Ağ Ev başçısının sözlərinə görə, Avropa eyni zamanda enerji təchizatının fərqli variantlarını da nəzərdən keçirməlidir. ABŞ və AB Rusiyadan qaz asılılığını azaltmağın mümkünlüyü məsələsi ətraflı şəkildə gələn həftə müzakirə edəcək.
azadlıq.info


