Obama Rusiyanı hədələdi

ABŞ prezidenti Barak Obama Haaqada keçirdiyi mətbuat konfransında Rusiyanı «bəzi qonşularına təhlükə yaradan regional qüvvəadlandırıb». Obamanın sözlərinə görə, Rusiyanın davranışı güc nümayişindən çox zəiflik nümayişidir. 

Obama Rusiyanın Ukraynada təcavüzü genişləndirə bilməsindən narahatlığını bildirib, lakin bunun Rusiya tərəf üçün pis seçim olacağını və ABŞ və onun Avropa müttəfiqlərinin lazım olsa, Rusiyaya qarşı əlavə sanksiyalar planlaşdırdığını deyib. «Rusiyanı dünya iqtisadiyyatına neqativ təsir edəcək əlavə sanksiyalar gözləyə bilər. Bu da Rusiyaya ciddi zərbə vuracaq», – deyə Obama bildirib. 

ABŞ prezidenti həmçinin qeyd edib ki, hələlik ayrı-ayrı şəxslər və bir banka qarşı sanksiyalar tətbiq edilsə də, Rusiya Ukraynada bir qədər də «irəli» getsə, daha geniş sanksiyalarla üzləşə bilər. Bu sanksiyaların hədəfi Rusiya iqtisadiyyatının sektorları olacaq. 

azadlıq.info