Ərdoğanın qadağan edilən videosu

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan sədri olduğu AKP-nin 30 Mart seçkisi ilə bağlı hazırladığı reklam çarxının qadağan edilməsinə münasibət bildirib. Ötən gün İstambuldakı mitinqində o, YSK-nin (Yüksek Seçim Komisyonu) qərarını absurd adlandırıb.
YSK Türkiyə bayrağından təbliğat məqsədi ilə istifadənin yolverilməzliyini əsas gətirərək, AKP-nin 3 dəqiqlik reklamını qadağan edib. Reklamda Ərdoğan öz səsi ilə Türkiyə himninin sözlərini (Mehmet Akif Ersoyun “İstiqlal marşı” şeirini) səsləndirir.
Qadağa haqda danışan Ərdoğan deyib ki, bayrağın təbliğ edilməsindən gözəl heç nə ola bilməz. “Gəlsin, hər kəs bayrağı təbliğatında istifadə etsin, nə gözəl! İndi gəl, burdakı adamlardan da bayrağı al”- deyə o, YSK tənqid edib.
Video çarx qadağan ediləndən sonra nümayiş olunması üçün yenidən işlənib. Yeni variant təxminən 3 dəfə qısaldılıb və Türkiyə bayrağının təsviri dəyişdirilib.
Qadağan olunan videonu təqdim edirik: