«El Klassiko»da qol yağışı, 3 penalti, 1 qırmızı

İspaniya çempionatının 29-cu turunda  “Real Madrid” «Barselona»nı qəbul edirdi. Oyun Kataloniya klubunun 3-4 hesablı qələbəsi ilə başa çatdı. Hesabı 7-ci dəqiqədə İnyesta açsa da, Kərim Benzemanın vurduğu iki top «Real»ı önə çıxardı. Birinci hissənin sonlarında Leonel Messinin vurduğu topla komandalar fasiləyə 2-2 bərabərliklə yollandı. İkinci hissədə «Real» şühbəli penalti ilə önə çıxsa da, «Barsa»nın ulduzu Messi iki top vuraraq komandasına qələbə qazandırdı. Oyunun 63-cü dəqiqəsində “Real”ın müdafiəçisi Serxio Ramos Neymara qarşı etdiyi kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovuldu. 

azadlıq.info