Ukrayna “Böyük Səkkizlik”də Rusiyanın yerini tutmağa hazırdır. Bunu kanadalı həmkarı Stiven Harperlə keçirdiyi brifinqdə Ukraynanın baş naziri Arseni Yaçenyuk zarafatça deyib. “Əgər G8-də boş yer varsa, Ukrayna onu tutmağa hazırdır. “Yeddilər”ə mesajım odur ki, artıq qlobal təhlükəsizlikdə yeni sistem yaratmağın və bu təhlükəsizliyə zərbə vuranlara qarşı ciddi tədbir görülməsinin vaxtıdır”, – deyə baş nazir bildirib.
azadlıq.info


