Rusiyaya qarşı beynəlxalq maliyyə tribunalı işə düşdü
ABŞ prezidenti Barak Obama Rusiya Federasiyası ilə maliyyə əməliyyatlarının dondurulması haqda sərəncam verib. Buraya “Bank Rossiya” və ABŞ ərazisində fəaliyyət göstərən Rusiya mənşəli banklar daxildir. Obama eyni zamanda, “Böyük Yeddilər”ə müraciət edərək, onlardan da analoji addımların atılmasını istəyib. “Böyük Yeddilər” növbəti həftə Haaqada toplaşacaqlar. Mütəxəssislər bunu beynəlxalq Maliyyə Tribunalı kimi dəyərləndirirlər. Hal-hazırda ABŞ-ın və Avropanın banklarında Rusiyaya məxsus olan 500 milyard dollar cəmlənib və onlar dondurulub. Putinin əhatəsində olan oliqarxların Qərbdəki pulları bura daxil deyil.
azadliq.info


