Nümayəndə heyətinin səlahiyyəti məsələsi aprel sessiyasına təklif olunub
Avropa Şurası Parlament Accambleyasının bir qrup deputatı Rusiya nümayəndə heyətinin səlahiyyəti məsələsinə baxmaq üçün qurumun aprel sessiyasına təklif hazırlayıblar.
Sənədi AŞPA-nın 5 siyasi fraksiyasından olan 74 deputat imzalayıb. Deputatların bununla bağlı yaydığı məlumatda deyilir ki, Rusiyanın Ukraynaya qarşı hərəkətləri Avropa Şurasının təməl prinsiplərinin kobud şəkildə pozulmasıdır. Buna görə də Assambleya Rusiya nümayəndə heyətinin səlahiyyəti məələsinə ilk imkanda baxmalıdır.
Deputatların təklifi baxılmaq üçün AŞPA-nın uyğun komissiyalarından birində təqdim olunacaq. Komissiya təklifi qətnamə halına salmalı və Rusiya nümayəndə heyətinə tətbiq olunacaq sanksiyanı dəqiqləşdirməlidir. Assambelyada hesab edirlər ki, söhbət təkcə Rusiyalı deputatların səsvermə hüququndan məhrum edilməsindən yox, hətta AŞPA-dan çıxarılmasından da gedə bilər.
azadliq.info


