
Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları martın 21-də ölkənin milli neft-qaz şirkəti – “Naftoqaz”ın rəhbəri Yevgeni Bakulini həbs edib. Bakunin korrupsiyada şübhəli bilinir. Bu barədə daxili işlər naziri Arsen Avakov özünü Facebook səhifəsində məlumat yayıb. Nazirin yazdığına görə, hazırda təhqiqatı aparılan 3 epizod üzrə dövlətə dəyən ziyan 4 milyard dollara yaxındır. Bu, istintaqın diqqətini çəkən korrupsiya sxemi və əməliyyatının hamısı deyil. Nazir hesab edir ki, araşdırmalar böyük rəqəmlərlə ölçülən itkidən söhbət getdiyini üzə çıxaracaq və bir çox məşhurları, o cümlədən indiki və keçmiş siyasi dairələrə daxil olanları əhatə edəcək.
DİN “Naftoqaz”ın mərkəzi ofisində araşdırmalara martın 21-də başlayıblar.
azadliq.info


