Türkiyə prezidenti Abdullah Gül “Twitter” qadağasını tənqid edib. Prezident sosial şəbəkənin tamamilə bağlanılmasının təqdirə layiq olmadığını söyləyib:
“Daha əvvəl dəfələrlə qeyd etdiyim kimi kommunikasiya texnologiyalarının bu gün çatdığı nöqtədə “Twitter” kimi bütün dünyada istifadə edilən şəbəkəyə bütünlüklə maneə törədilməsi texniki olaraq onsuz da mümkün deyil. Kəslərin şəxsi həyatının gizliliyini pozmaq kimi cinayət meydana gətirən xüsuslar varsa, ancaq məhkəmə qərarı ilə yalnız əlaqədar səhifələr bağlanıla bilər. Ümid edirəm “Twitter”lə əlaqədar tətbiq edilən qadağa uzunmüddətli olmayacaq” (ans press).


